Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
Evdəki otaq bitkilərinin havanı təmizlədiyi fikri reallığı tam əks etdirmir. Sahə üzrə ekspert Mariya Zolotareva bildirir ki, bitkilər fotosintez zamanı karbon qazını udub oksigen buraxsa da, mənzil şəraitində bu proses çox zəif gedir.Demokrat.az-ın məlumatına görə Evdə işıq səviyyəsi təbii mühitlə müqayisədə az olduğundan bitkilərin effektivliyi kəskin aşağı düşür.Ekspert deyir ki, normal otaqda karbon qazının səviyyəsini nəzərəçarpacaq dərəcədə azaltmaq üçün onlarla, bəzən isə yüzlərlə iri yarpaqlı bitki saxlamaq lazımdır. Bu isə adi mənzili meşəyə və ya istixanaya çevirmək deməkdir. Real şəraitdə dibçək güllərinin havaya təsiri o qədər kiçikdir ki, bunu nə cihazlar hiss edir, nə də insan sağlamlığına təsir göstərir.Zolotareva əlavə edir ki, gecə saatlarında bitkilər fotosintezi dayandıraraq oksigen istehlak edir və karbon qazı buraxır. Buna görə də onları havanı tənzimləyən əsas vasitə hesab etmək düzgün deyil. Amma bu, evdə gül saxlamağın faydasız olduğu mənasına gəlmir. Bitkilər rütubəti artırır, məkanda psixoloji rahatlıq yaradır və stressi azaldır.Aytən
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.