Beynəlxalq Muğam Mərkəzində "Muğamat axşamı" adlı konsert keçirilib.
BMM və "Mədəniyyət" kanalının birgə layihəsi olan konsert proqramında Əməkdar artistlər Təyyar Bayramov, İlkin Əhmədov, Arzu Əliyeva, Bəyimxanım Vəliyeva, mərkəzin solistləri Mirələm Mirələmov və Almaxanım Əhmədli çıxış ediblər.
Xanəndələrin ifasında "Bayatı-Şiraz", "Segah", "Şüştər" "Dilkəş" təsnifləri və xalq mahnıları səsləndirilib.
Xanəndələri BMM-in solistlərindən ibarət instrumental ansambl - tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov, qanunda Əməkdar artist Çinarə Mütəllibova, balabanda Rafael Əsgərov, udda Vasif Yusibli və nağarada Amil Mustafayev müşayiət ediblər.
Muğam axşamı tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.
Qeyd edək ki, "Muğamat axşamı" adlı konsertlərin məqsədi muğamın təbliğinə töhfə vermək və bu ulu sənətin fəlsəfəsini gənc nəsillərə çatdırmaqdır.
Xatırladaq ki, BMM tərəfindən "Muğamat axşamı" və "Muğam dəstgahları" adlı konsert proqramları ayda iki dəfə musiqisevərlərə təqdim edilir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)