AZ

İran ABŞ müharibəsinin ən böyük zərbəsi Ukraynaya DƏYİB

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya hərbi yardımı davam etdirə bilmək üçün strateji hava hücumundan müdafiə raketi ehtiyatlarını tükədib. 

"Cebheinfo.az" xəbər verir ki,  Ukraynanın ən mühüm tələbi olan "Patriot" raketlərinin tədarükü artıq qlobal silah bazarındakı qeyri-müəyyənliklərdən asılı vəziyyətə düşüb. Davam edən İran müharibəsi səbəbindən bazar onsuz da həddindən artıq yüklənmişdir. 

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin artıq yeni "Patriot" sistemləri ala bilməyəcəyini, yalnız mövcud sistemlər üçün raket tədarükünə ümid etdiklərini açıqlayıb. "Bloomberg"-in analizinə əsasən, Avropa İttifaqı ölkələri Kiyevə dəstəyi davam etdirə bilmək üçün əllərindəki strateji hava hücumundan müdafiə raketi rezervlərindən istifadə etmək məcburiyyətində qalıblar. 

Xəbərdə deyilir ki, növbəti göndərişlər artıq böyük ölçüdə Yaxın Şərqdəki münaqişə səbəbindən həddindən artıq yüklənmiş qlobal silah bazarındakı vəziyyətdən asılıdır. ABŞ ilə İran arasındakı müharibənin uzanacağı təqdirdə, hava hücumundan müdafiə sistemlərindəki çətinliyin daha da arta biləcəyi bildirilir. 

Bu hadisələr fonunda Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin artıq yeni "Patriot" sistemləri ala bilməyəcəyini bəyan edib. Zelenski mövcud hava hücumundan müdafiə sistemləri üçün ən azından raket tədarükünün artırılmasını ümid etdiklərini ifadə edib. 

Zelenski 10 martda jurnalistlərə göndərdiyi səsli mesajda "Patriot"ların Ukrayna üçün prioritet olduğunu vurğulayaraq, yeni qurğular almağı "xəyal belə etmədiyini", əsas məqsədlərinin mövcud sistemlər üçün raket ehtiyatlarını yeniləmək olduğunu söyləyib. 

"Bloomberg"-in analizinə görə, İran müharibəsi başlayandan bəri Tehran rəhbərliyi 2100-dən çox hücum PUA-sı və azı 688 ballistik raket buraxıb. Bu hücumlar qarşısında ABŞ və müttəfiqləri 1000-dən çox "PAC-3" önləyici raketi atıblar. 

Bu vəziyyət qlobal ehtiyatlar üzərində ciddi təzyiq yaradarkən, həmin ehtiyatların nə dərəcədə sürətlə bərpa oluna biləcəyi ilə bağlı narahatlıqları artırıb. "Bloomberg"in xəbərinə görə, Ukraynaya 2022-ci ildən bəri çatan toplam "PAC-3" raketi sayı cəmi 600 civarındadır.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
78
1
cebheinfo.az

2Mənbələr