AZ

Azturk Holding prezidenti vyetnamlı iş adamları ilə birlikdə Heydər Əliyevin məzarını ziyarət edib



Azturk Holding-in prezidenti Güləli Bağırov Vyetnamdan gəlmiş iş adamları ilə birlikdə Bakıda Fəxri Xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib və abidəsi önünə əklil qoyublar.

Newscenter.az xəbər verir ki, ziyarət zamanı Ulu Öndərin dövlətçilik siyasətinə, müasir Azərbaycanın formalaşmasında oynadığı mühüm rola və beynəlxalq əməkdaşlıq prinsiplərinə xüsusi ehtiram ifadə olunub.

Görüş çərçivəsində tərəflər Azərbaycan ilə Vyetnam arasında iqtisadi, ticarət və investisiya sahələrində gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Xüsusilə sənaye, logistika, enerji, təhsil və texnologiya sahələrində birgə layihələrin həyata keçirilməsi imkanları diqqət mərkəzində olub.

Güləli Bağırov çıxışında Azərbaycanın regionda sabitlik, inkişaf və investisiya üçün əlverişli mühit yaratdığını vurğulayıb, Vyetnamlı tərəfdaşlarla uzunmüddətli və strateji əməkdaşlığın qurulmasının hər iki ölkə üçün mühüm faydalar verəcəyini bildirib.
Vyetnamlı iş adamları isə Azərbaycanın iqtisadi potensialını yüksək qiymətləndirərək, ölkədə həyata keçirilən islahatların və beynəlxalq layihələrin biznes üçün geniş imkanlar yaratdığını qeyd ediblər. Görüş qarşılıqlı etimad və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından məhsuldar hesab olunub.
]

Süleyman
Seçilən
38
1
newscenter.az

2Mənbələr