AZ

Ağstafada strateji obyektlərin mühafizəsi üzrə birgə təlim keçirilib FOTO

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

2026-cı ilin Tədbirlər Planına uyğun olaraq Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa Regional İdarəsində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə birgə praktiki təlim keçirilib.

Oxu.Az xəbər verir ki, təlimdə Daxili İşlər və Fövqaladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və "bp Caspian Sea Exploration" şirkətinin nümayəndələri iştirak ediblər.

Təlimin məqsədi xidməti ərazidəki strateji obyektə qarşı terror-təxribat zamanı və digər fövqəladə vəziyyətlərdə əməliyyat qərargahının qurulması, operativ təhlükəsizlik tədbirlərinin tətbiqi, mümkün risk və qəsdlərin vaxtında müəyyən edilərək qarşısının alınması, habelə təxliyə ilə bağlı praktiki vərdişlərin formalaşdırılması, şəxsi heyətin praktiki vərdişlərinin artırılması, birgə fəaliyyətin təşkili sahəsində təcrübənin inkişafı, koordinasiyanın və nəzarət mexanizminin təkmilləşdirilməsi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
5
oxu.az

6Mənbələr