Sumqayıt şəhərində silah və döyüş sursatı tapılıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə Novxanı çimərliyi ərazisində qeydə alınıb. Əraziyə baxış keçirilən zaman 1 ədəd “AK-74M” tipli avtomat silahı və 5,45 millimetr çaplı 30 ədəd patron aşkar edilib.
Tapılan silah və sursat təhlükəsizlik qaydalarına uyğun şəkildə götürülərək aidiyyəti dövlət qurumlarına təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.