AZ

TFF dən tarixi qərar Superliqa matçını qadın hakim idarə edəcək

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Türkiyə çempionatında bu həftə tarixi bir yenilik ediləcək. "Football-plus.az" xəbər verir ki, Türkiyə Futbol Federasiyası və Hakimlər Komitəsinin qərarı ilk dəfə superliqa matçına qadın hakim təyinat alıb. Bu tarixi hadisə sabah 26-cı tur çərçivəsində keçiriləcək ''Göztəpə'' - ''Alanyaspor'' matçında yaşanacaq. Belə ki, bu oyunu Asen Albayrak idarə edəcək. HK sədri Fərhat Gündoğdu ötən ay əslində bu olayın ipucunu vermişdi. O, bir neçə qadın hakimin kişilərə aid atletik testlərdən uğurla keçdiyini bildirmiş və qarşıdakı dönəmlərdə onlardan bəzilərinin superliqa matçlarına təyinat alacağını istisna etməmişdi. Daha öncə 2022-ci ildə Türkiyə çempionatının bəzi oyunlarında qadın hakimlər 4-cü hakim qismində fəaliyyət göstərmişdilər. Amma superliqada heç vaxt qadın hakim oyun idarə etməmişdi. Bu baxımdan bu həftə qardaş ölkə futbolunda yeni cığır açılacaq. Asen Albayraka gəlincə, Ankaradan olan 28 yaşlı bu hakim əslində kişilərin oyununda dəfələrlə fit sahibi olub. O, ölkə kuboku, eləcə də 2 və 3-cü liqalarda indiyə qədər 8 oyun idarə edib. Ümumilikdə isə qadınların da turnirləri daxil olmaqla 67 rəsmi oyun idarə edib. Albayrak həm soyuqqanlı olması, həm də futbol qaydalarını bütün incəliklərinə qədər bilməsi ilə TFF-nin diqqətini cəlb edib. Ötən ildən FİFA referisi statusunu alan Albayrak Türkiyəni avrokubok matçlarında da təmsil edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
1
icma.az

2Mənbələr