“Mançester Siti”nin hücumçusu Antuan Semenyo Premyer Liqada fevral ayının ən yaxşı oyunçusu mükafatına layiq görülüb.
Rekord.az xəbər verir ki, 26 yaşlı futbolçu keçən ay İngiltərə çempionatında 5 oyuna çıxıb və bu matçlarda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
Semenyonun Premyer Liqada ayın ən yaxşı oyunçu mükafatını qazanması ilk dəfədir.
Qanalı futbolçu “Mançester Siti”yə qış transfer pəncərəsində “Bornmut”dan transfer olunub.