AZ

Azərbaycanda ilk dəfə Milli Koxlear İmplant Forumu keçirilib – FOTO

Azərbaycanda ilk dəfə olaraq "Milli Koxlear İmplant Forumu 2026" təşkil olunub. "Koxlear İmplantlı Şəxslərə Sosial Yardım" İctimai Birliyi tərəfindən təşkil edilən forum Beynəlxalq Koxlear İmplant Günü münasibətilə keçirilib.

Tədbir Nizami Kino Mərkəzi-ndə baş tutub və Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Forumun açılışında nazirliklərin səlahiyyətli nümayəndələri çıxış edərək ölkədə koxlear implant sahəsində həyata keçirilən dövlət siyasəti və əldə olunan nəticələr barədə məlumat veriblər. Çıxış etdilər - Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri  Nelli Veysova, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun baş məsləhətçisi Heyran Səfərova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dekanı Nailə Hüseynova, Əlil Təşkilatları İttifaqının Prezidenti Davud Rəhimli, "EMEDIA GROUP" Media təşkilatının sədri Elşən Əliyev. 

Forum iki panel üzrə davam edib.  Birinci paneldə Azərbaycan Respublikasının Milli Məclisi-nin deputatları iştirak edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər. Paneldə deputatlar Elçin Mirzəbəyli, Günay Ağamalı, Vüqar İskəndərov, Pərvanə Vəliyeva və Aydın Mirzəzadə yer alıblar.

İkinci panel isə tibbi mütəxəssislərin iştirakı ilə keçirilib. Paneldə genetika həkimi Həmidə Abbasova, pediatr-neonatoloq Sahilə Mirzəyeva, audioloq İlahə Aslanova, LOR cərrah Tacəddin Muradov, nevroloq Günel Süleymanlı, implant mütəxəssisi Mədət Sadıqov, defektoloq-loqoped Adilə Mürsəlova, ümumi cərrah Təranə Məmmədova və Afət İsrafilova çıxış edərək koxlear implant və reabilitasiya prosesləri barədə geniş məlumat veriblər.

Forumun əsas məqsədi ölkəmizdə koxlear implant daşıyıcılarının həyat keyfiyyətinin yüksəldilməsi, onların sosial inteqrasiyasının gücləndirilməsi və cəmiyyətin bu mövzuda maarifləndirilməsidir.

Tədbir çərçivəsində qeyd olunub ki, Azərbaycanda koxlear implant əməliyyatları ilə bağlı sosial və tibbi yanaşma 2015-ci ildən etibarən mərhələli şəkildə tətbiq olunmağa başlayıb. 2020-ci ildən isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icbari tibbi sığorta sisteminə daxil edilməsi bu sahədə yeni mərhələnin başlanğıcı olub. Bu addım yalnız əməliyyatın həyata keçirilməsi ilə məhdudlaşmayaraq, koxlear implantlı uşaqların və böyüklərin sonrakı inkişafına da real dəstək göstərilməsinə imkan yaradıb.

Forumda çıxış edənlər koxlear implantlı şəxslərə göstərilən dövlət qayğısının daha da gücləndirilməsinin minlərlə ailə, valideyn və uşaqların gələcəyi üçün böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Qeyd olunub ki, bu istiqamətdə qəbul edilən qərarlar sosial yönümlü və humanist dövlət siyasətinin mühüm göstəricilərindən biridir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
59
1
milli.az

2Mənbələr