Adrenalin yaşamaq istəyən gənc həyatından olub.
Xezerxeber.az-ın məlumatına görə, Qubaya kvadrasikılların sürüldüyü əraziyə gedən paytaxt sakini onlardan birini sürməyə çalışıb. Amma baş verən ehtiyatsızlıq ağır nəticələnib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, Quba rayonunun Qımılqazma kəndi ərazisində kvadrisikllə törədilən qəza faciə ilə nəticələnib. İlkin məlumata əsasən, Bakı şəhər sakini 27 yaşlı Elçin Yusif oğlu Yusifovun idarə etdiyi kvadrisikl daş hasara çırpılıb. Nəticədə sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. O da bildirilib ki, bu tip nəqliyyat vasitəsindən istifadə edərkən bəzi hallarda qaydalara əməl olunmur.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.