AZ

Samuxda Novruz bayramı münasibətilə şəhid ailələri ilə görüş keçirilib

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Samuxda Novruz bayramı münasibətilə şəhid ailələri ilə görüş keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Rayon İcra Hakimiyyətinin əməkdaşları və şəhid ailələri iştirak ediblər.

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev şəhid ailələrini və onların övladlarını Novruz bayramı münasibətilə təbrik edərək onlara səmimi arzularını çatdırıb. O qeyd edib ki, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim dərin ehtiram və minnətdarlıq hissi ilə yad olunur. Bildirilib ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin mühüm və prioritet istiqamətlərindən biridir.

Şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli və daim dövlət qayğısı ilə əhatə olunması Azərbaycan dövlətinin humanist siyasətinin əsas göstəricilərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində davam etdirilir. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən də şəhid ailələrinə və onların övladlarına hərtərəfli dəstək göstərilməsi istiqamətində mühüm sosial layihələr və xeyriyyə təşəbbüsləri həyata keçirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
68
modern.az

1Mənbələr