Gəncədə 32 yaşlı kişinin özünə xəsarət yetirdiyi bildirilir.
“Unikal”ın məlumatına görə, 1994-cü il təvəllüdlü H. Hüseynov xəsarətlə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata əsasən, kişinin özünə xəsarət yetirdiyi qeyd olunur. Onun qazi olduğu da bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov