AZ

Yüksəl Yıldırım: “Demək ki, Türkiyədə futbol oynamırıq”

Dünən UEFA Konfrans Liqasında “Rayo Valekano”ya 1:3 hesabı ilə məğlub olan “Samsunspor” klubunun prezidenti Yüksel Yıldırım Türkiyə futbolu ilə bağlı diqqətçəkən açıqlama verib.

Fanat.Az xəbər verir ki, klub rəhbəri liqanın səviyyəsinin aşağı olduğunu bildirib.

Yüksəl Yıldırım bildirib: “Biz keçən həftə ‘Fənərbağça’ya kök sökdürmüşdük. Türkiyənin ən yaxşı komandalarından biridir. Ancaq bu gün qarşımızdakı rəqib İspaniya Liqasında 15-ci yerdədir. Demək ki, Türkiyədə futbol oynamırıq. Liqamız çox zəifdir.”

“Samsunspor” prezidentinin bu sözləri sosial şəbəkələrdə və futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Seçilən
19
1
fanat.az

2Mənbələr