AZ

Avropa çempionatı: Azərbaycanın yunan-Roma güləşçisi finala yüksəlib

Zrenyanin, 13 mart, AZƏRTAC

Serbiyanın Zrenyanin şəhərində keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, yarışın 5-ci günündə yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar.

Azərbaycan təmsilçisi Fərid Sadıqlı (55 kiloqram) yarımfinalda Koba Karumidze ilə qarşılaşıb.

Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan turnurdə indiyədək 2-si qızıl, 5-i gümüş və 3-ü bürünc olmaqla ümumilikdə 10 medal qazanıb.

Müxbir: Cavid Əliyev

Seçilən
15
azertag.az

1Mənbələr