Qax, 13 mart, AZƏRTAC
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində martın 13-də Qax rayonunda ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı rayonun müxtəlif yaşayış məntəqələrində, həmçinin Qax-Qaşqaçay-Armudlu avtomobil yolunun kənarında 640 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib. Əkilən ağaclar suvarılıb və tinglərə aqrotexniki qaydada qulluq göstərilib.
Aksiyada rayon rəhbərliyi, YAP rayon təşkilatının və hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və əməkdaşları, ayrı-ayrı əmək kollektivlərinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Aksiyanın məqsədi ətraf mühitin qorunmasına və ekoloji mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.