AZ

G7 liderlərindən Trampa təcili müraciət - İran müharibəsi dayandırılsın

Yeddi böyük sənaye ölkəsinin liderləri ABŞ prezidenti Donald Trampa müraciət edərək İrana qarşı müharibənin dayandırılmasını istəyiblər.

Musavat.com xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb.

Bildirilir ki, G7 ölkələrinin liderləri arasında baş tutan telefon danışığı Yaxın Şərqdə davam edən müharibənin yaratdığı iqtisadi itkilərlə bağlı ciddi narahatlıq fonunda keçirilib.

Nəşrin məlumatına görə, “Böyük yeddilik” ölkələrinin rəhbərləri münaqişənin uzanmasının qlobal iqtisadiyyata mənfi təsir göstərdiyini, enerji bazarlarında qeyri-müəyyənliyi artırdığını və beynəlxalq ticarət marşrutlarını risk altına saldığını bildiriblər.

Telefon danışığı zamanı ABŞ prezidenti Donald Tramp G7 liderlərinə bildirib ki, Tehran artıq kapitulyasiyaya çox yaxın vəziyyətdədir. Lakin onun sözlərinə görə, hazırda İranda kimin real lider olduğu tam aydın deyil.

“İran təslim olmağa yaxın görünür, amma bu kapitulyasiyanı elan edəcək konkret bir liderin kim olduğu bilinmir”, - Trampın sözlərini Axios sitat gətirir.

Tramp həmçinin qeyd edib ki, Hörmüz boğazındakı vəziyyətin yaxşılaşdığı müşahidə olunur və yaxın vaxtlarda kommersiya gəmilərinin həmin ərazidə fəaliyyətini bərpa edəcəyi gözlənilir.

Bununla belə, Axios yazır ki, Trampın nikbin açıqlamalarına baxmayaraq, G7 liderləri ilə telefon danışığının baş tutduğu gecə İran ən azı iki tankerə hücum edib.

Musavat.com

Seçilən
74
musavat.com

1Mənbələr