AZ

Qvardiola son beş ildə ilk dəfə Premyer Liqada ayın ən yaxşı məşqçisi seçildi

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola fevral ayının yekunlarına görə İngiltərə Premyer Liqasının (İPL) ən yaxşı məşqçisi seçilib.

Moderator.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Fevral ayında ispan mütəxəssisin rəhbərliyi altında "Mançester Siti" beş oyun keçirib və bu görüşlərin dördündə qalib gəlib.

Bu mükafat 55 yaşlı mütəxəssisin İPL karyerası ərzində qazandığı 12-ci mükafatdır. O, sonuncu dəfə 2021-ci ilin dekabrında bu ada layiq görülüb. Bu göstəriciyə görə Qvardiola yalnız "Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Ferqüsondan (27) və "Arsenal"la fəaliyyəti ilə tanınan Arsen Vengerdən geri qalır.

Qeyd edək ki, Qvardiola 2016-cı ildən kluba rəhbərlik edir.

Seçilən
38
moderator.az

1Mənbələr