AZ

ABŞ ın “yumşalması” Rusiyaya 10 milyard qazandıracaq

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-ın Rusiya neftinə qarşı sanksiyalarının müvəqqəti və qismən ləğvi Ukraynada sülhə kömək etmir.

Axar.az xəbər verir ki, bu sözləri Parisdə Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Təkcə ABŞ tərəfindən sanksiyaların bu qədər yumşaldılması Rusiyaya müharibə üçün təxminən 10 milyard dollar təmin edə bilər”, - o bildirib.

Qeyd edək ki, bəzi hesablamalara görə, İranda müharibə və Hörmüz boğazının bağlanması nəticəsində Rusiya gündəlik 150 milyon dollar əlavə gəlir əldə edir.

ABŞ Hörmüz boğazının bağlanması səbəbindən neft qiymətlərinin qalxmasının qarşısını almaq üçün Rusiya neftinə sanksiyaları 30 günlük yumşaldıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
axar.az

1Mənbələr