AZ

İsrail ordusu İranda 150 hərbi hədəfə zərbələr endirdiyini açıqlayıb

BAKI, 13 mart. TELEQRAF

İsrail ordusu 13 martda İsrail Hərbi Hava Qüvvələrinin İranda 150 hərbi hədəfə zərbə endirdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, ordunun mətbuat xidmətinin açıqlamasında deyilir: "Gün ərzində İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla qırıcı təyyarə İranın qərbində və mərkəzində 150-dən çox hərbi hədəfə hücum edib. Hədəflər arasında silah anbarları, onlarla ballistik raket və buraxılış qurğusu, eləcə də pilotsuz təyyarə anbarları, hava hücumundan müdafiə sistemləri və silah istehsalı müəssisələri olub".

Seçilən
61
teleqraf.com

1Mənbələr