AZ

SOCAR ilə İndoneziyanın dövlət neft şirkəti arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov İndoneziyanın Bakıdakı səfiri Berlian Helmi ilə görüş keçirib.

"Far.Az" xəbər verir ki, bu barədə məlumat İndoneziyanın Azərbaycandakı səfirliyinin "Instagram" hesabında yayılıb.

Görüş zamanı iki ölkə arasında neft-qaz və gübrə sahələrində əməkdaşlıq gündəliyində duran məsələlər, həmçinin "Pertamina" (İndoneziyanın dövlət neft şirkəti) ilə SOCAR arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.

Seçilən
21
3
far.az

10Mənbələr