Yaxın Şərqdə gərginlik daha da artır. İranın bölgədə yerləşən Qərb ölkələrinə məxsus hərbi obyektlərə endirdiyi zərbələr nəticəsində ölən və yaralanan hərbçilər barədə yeni məlumatlar yayılıb.
Musavat.com xəbər verir ki, hücumlar nəticəsində bir neçə ölkənin hərbi bazalarında ciddi itkilər qeydə alınıb.
Məlumata görə, Səudiyyə Ərəbistanında yerləşən Şahzadə Sultan Hava Bazasına endirilən zərbələr nəticəsində 19 nəfər yaralanıb və onlar müalicə üçün Almaniyadakı xəstəxanalara köçürülüb. Hadisə zamanı bir alman zabitinin öldüyü də bildirilir.
CBC-nin məlumatına əsasən, bu həftənin əvvəlində Küveytə endirilən zərbələr nəticəsində 6 nəfər həyatını itirib. Bundan əlavə, vəziyyəti ağır olan və “təcili” kimi təsnif edilən 20 Qərb hərbçisi Almaniyanın Landstuhl hərbi hospitalına çatdırılıb.
Digər hücum isə İraqın Ərbil şəhərində yerləşən Fransa hərbi bazasına edilib. Zərbələr nəticəsində bir fransız hərbçi həlak olub, 10-dan çox əsgər isə yaralanıb.
Hərbi ekspert Yohan Kensberg bildirib ki, İranın Küveyt bazasına endirdiyi zərbələr zamanı Eurofighter Typhoon qırıcılarının və AWACS erkən xəbərdarlıq təyyarələrinin yerləşdiyi üç anqar məhv edilib. Onun sözlərinə görə, bir AWACS təyyarəsinin məhv edilməsi artıq təsdiqlənib.
Musavat.com