AZ

Deputatdan çağırış: “Bu ərazilərə gedəndə ehtiyatlı olun!”

Ötən gün işğaldan azad edilmiş Xocavənd rayonunun Aşağı Veysəlli kəndi ərazisində mina hadisəsi baş verib. 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Hacıyev Ramiz Maşallah oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən atla tank əleyhinə minaya düşərək həlak olub.
Rəsmi məlumata görə, 2020-ci ilin müharibəsinin bitməsindən bəri 419 azərbaycanlı mina qurbanı olub, onlardan 72 nəfər həlak olub. Mina qurbanlarından 347 nəfər ağır yaralanıb.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a açıqlamasında bildirib ki, Vətən müharibəsi və hərbi əməliyyatlar bitsə də, təəəsüf ki, bu müharibənin müəyyən nəticələrini hələ də çəkirik, onlardan biri də mina təhlükəsidir:
“Bu gün hökumətin parlament qarşısında hesabatında Baş nazir işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi üçün işlərin davam etdiriləcəyini bildirib. Dövlət bu istiqamətdə iş görür. Bununla bağlı xüsusi dövlət quumu yaradılıb. Dövlətin bütün imkanları bu istiqamətə yönəlib. Bunun nəticəsidir ki, işğaldan azad edilən ərazilərin əhəmiyyətli hissəsi minalardan təmizlənib. Minalı ərazilərə insanların girişi məhdudlaşdırılıb. Ancaq hesab edirəm ki, insanlar ehtiyatlı olmalıdırlar. Müvafiq strukturlaırn xəbərdafrlıqlarına riayət olunmalıdır. Hələ də təhlükə olan ərazilərə gedilməməlidir. Bilmək lazımdır ki, təhlükədən xilas olmaq üçün bu, yalnız dövlətin deyil, bizim də işimizdir. Dövlət tərəfindən maksimum işlər görülür ki, mina təhlükəsi olmasın, qarşısı birdəfəlik alınsın”.

Nigar Həsənli
Musavat.com

Seçilən
52
musavat.com

1Mənbələr