AZ

On dörd gün ərzində nə qədər iranlı hərçi öldürülüb? Rəqəmlər

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsrail və ABŞ-ın birgə hərbi əməliyyatlarının 14-cü günündə hava zərbələri nəticəsində 4–5 min iranlı hərbçi həlak olub. Həlak olanların əksəriyyətinin İranın daxili təhlükəsizlik qüvvələrinin və “Bəsic”in üzvləri olduğu bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail hərbçiləri məlumat yayıb.

Məlumata görə, “Bəsic” qruplaşmaları İsrailin əsas hədəflərindən biridir.

İsrail ordusu açıqlayıb ki, əməliyyatın məqsədi İran rejiminin hərbi qüvvələrinə, silah sənayesinə və nüvə proqramına ciddi zərbə vurmaqdır. Əldə olunan məlumatlara görə, konfliktin başlanmasından bəri İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə 10 mindən çox bomba atıb.

Eyni zamanda, son 24 saat ərzində İrandan İsrailə yalnız 6 raket atıldığı bildirilib.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
globalinfo.az

1Mənbələr