AZ

Qədim insanlar iynələrdən təkcə tikiş üçün istifadə etməyiblər - VİDEO

Alimlər iynə və bizlərdən daha geniş məqsədlər üçün tətbiq olunduğunu müəyyən ediblər.

Ölkə.Az xəbər verir ki, Vayominq Universitetinin tədqiqatçıları Şimali Amerikanın müxtəlif iqlim zonalarında yaşayan 59 yerli xalq qrupu üzrə məlumatları təhlil ediblər. Nəticələr “PLOS One” jurnalında dərc olunub. Araşdırma zamanı iynə və bizlərin istifadə edildiyi 1192 hal müəyyən edilib və onların 92 müxtəlif tətbiq sahəsi olduğu üzə çıxıb.

Məlum olub ki, bu alətlərdən yalnız 31 faiz hallarda paltar, ayaqqabı və digər qoruyucu örtüklərin hazırlanması üçün istifadə edilib. Qalan 69 faiz isə başqa məqsədlərə xidmət edib.

İynələrdən tatuaj vurmaq, cərrahi tikişlər qoymaq, ritual əşyalar hazırlamaq, səbət və həsir toxumaq, eləcə də dərilərin emalı zamanı geniş istifadə olunub.

Tədqiqat göstərir ki, qədim insanlar bu sadə alətləri düşündüyümüzdən xeyli daha çox sahədə tətbiq ediblər.

Seçilən
54
olke.az

1Mənbələr