AZ

Neft şirkətləri Hörmüz boğazının bağlanmasına görə 15 milyard itiriblər − FT

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Fars körfəzi ölkələrindəki neft şirkətləri Hörmüz boğazının bağlanması səbəbindən təxminən 15,1 milyard dollar gəlir itiriblər.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) ekspertlərə istinadən məlumat yayıb.

Konsaltinq şirkəti “Wood Mackenzie”nin hesablamalarına görə, Hörmüz boğazının faktiki bağlanması ən çox Səudiyyə Ərəbistanına zərbə vurub və neft ixracından 4,5 milyard dollar gəlir itirib. Qətərin neft və qaz şirkəti “Qatar Energy”, neft hasilatının dayandırılması səbəbindən 2-11 mart tarixləri arasında təxminən 571 milyon dollar gəlir itirib. Ekspertlər hesab edirlər ki, büdcə gəlirlərinin 90%-ni neft hasilatından əldə edən İraq neft məhsullarının istehsalı və təchizatındakı fasilələrdən ən ciddi ziyana məruz qala bilər. Qətər və Küveyt də mənfi nəticələrlə üzləşə bilər, lakin qısa müddətdə onlar öz suveren sərvət fondlarından istifadə edə bilərlər. FT analitik şirkəti “Kpler”in məlumatlarına istinadən bildirib ki, Hörmüz boğazında bloklanmış gəmilərdə neft məhsullarının və mayeləşdirilmiş təbii qazın dəyəri ən azı 10,7 milyard dollardır. Boğazdan gündəlik orta hesabla 1,2 milyard dollar dəyərində enerji resursları daşınırdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
2
yeniavaz.com

3Mənbələr