AZ

İcra başçısının bu hərəkəti görənləri təəccübləndirdi VİDEO

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Qax rayonunun icra başçısı Elvin Paşayev ilə bağlı sosial şəbəkələrdə yayılan video maraq və təəccüb doğurub. Belə ki, icra başçısı rayonda Novruz bayramı ilə bağlı təşkil edilən sərgidə iştirak edib və orada sakinlərlə arasına qəribə bir “sədd” çəkib.

Globalinfo.az xəbər verir ki, bu haqda “Qanun” nəşriyyatlar evinin rəhbəri Şahbaz Xuduoğlu da özünün feysbuk hesabında maraqlı şərh verib. Naşir bildirib: “Bölgələrdə buna bənzər candərdi tədbirlər tez-tez keçirilir. Görəsən belə tədbirləri daha düzgün təşkil edən insanlar tapmaq olmazmı?”

O qeyd edib ki, məmurun xalqla arasında belə məsafə qoyması doğru deyil:

“Xalqın içində olmaq, onun dərdinə şərik olmaq, onun nəfəsini hiss etmək lazımdır. Axı sən necə xalqa xidmət edə bilərsən ki, onun əlini sıxmırsan, əlinin qabarını görmürsən?”

Qeyd edək ki, bölgədəki məmurlar haqda vaxtaşırı bu cür tənqidi məlumatlar, paylaşımlar gəlməkdədir.

Prezident İlham Əliyev icra başçıları təyin edərkən onları şəxsən qəbul edir və tapşırıqlarını verir. Bu tapşırıqlardan ən əsası xalqla yaxın olmaq, xalqın xidmət göstərmək, bölgədəki sakinlərlə doğma rəftar etməkdir.

Xatırladaq ki, 43 yaşlı Elvin Paşayev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 12 noyabr 2025-ci il tarixli 810 saylı sərəncamı ilə  Göygöl rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilərək, Qax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Aysel Əliyeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
globalinfo.az

1Mənbələr