AZ

Ərdoğan Türkiyənin hava məkanını pozanlara sərt xəbərdarlıq etd i- VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda artan gərginlik fonunda mühüm açıqlama verib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Prezident mövcud şəraitdə həm qardaşlığı gücləndirməyə, həm də sağlam düşüncəni qorumağa ciddi ehtiyac olduğunu bildirib: “Xüsusilə bölgəmizin içində olduğu konjonkturda buna ehtiyac var. Biz hökumət olaraq, ölkəmizi müharibənin içinə çəkmək istəyən təxribatlara qarşı çox diqqətli davranırıq”, - deyə Ərdoğan vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, baş verən hadisələrin yalnız görünən tərəfinə deyil, pərdə arxasında gizlənən məqamlara da diqqət yetirilir: “Heç bir ehtimalı və heç bir ssenarini istisna etmir, hər şeyi ən incə detallara qədər təhlil edir və araşdırırıq”, – deyə o bildirib.

Ərdoğan əlavə edib ki, bu müddətdə Türkiyənin hava məkanını pozan hər cür təhdidə qarşı da lazımi tədbirlər görülür.

Prezident vurğulayıb ki, Türkiyənin minillik dövlət təcrübəsi və hökumətin 23 illik böhran idarəetmə təcrübəsi regiondakı mürəkkəb hadisələri düzgün oxumaqda və onlara ölçülü reaksiyalar verməkdə əsas bələdçidir.

Ərdoğan bildirib ki, ölkəni bölgədəki “od çuxurundan” uzaq saxlamaq onların əsas prioritetidir.

Türkiyə lideri eyni zamanda vətəndaşları xəbərdar edərək, İrana hücumlarla eyni vaxtda körüklənən məzhəb və etnik mənşəli təxribatlara qarşı diqqətli olmağa çağırıb.

Nigar Həsənli
Musavat.com

Seçilən
86
musavat.com

1Mənbələr