ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
ABŞ Dövlət Departamenti İranın yeni ali rəhbəri kimi təqdim edilən Müctəba Xamenei haqqında məlumat verən şəxslərə 10 milyon dollar mükafat vəd edildiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, mükafat proqramı ABŞ hökumətinin beynəlxalq təhlükəsizlik və terrorla mübarizə mexanizmləri çərçivəsində həyata keçirilir.
Bildirilir ki, təqdim olunacaq məlumatların Müctəba Xameneinin fəaliyyəti və yerləşdiyi məkan barədə dəqiq və faydalı olması gözlənilir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl açıqlamasında bildirmişdi ki, Müctəba Xamenei son müharibə zamanı yaralanıb. Onun sözlərinə görə, buna baxmayaraq, Xamenei hələ də sağdır.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.