AZ

Biznes kreditlərinin monitorinqi bölməsinin Baş Mütəxəssisi/ Aparıcı Mütəxəssisi

Banco.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Təsvir

·   Bankın SME kredit portfeli üzrə davamlı monitorinq və müştəri davranışlarının təhlili;

·   Kredit portfelində risklərin vaxtında aşkarlanması və erkən xəbərdarlıq siqnallarının (EWS) müəyyən edilməsi;

·   Müştərinin maliyyə göstəricilərinin dövri əsasda yenilənməsi və təhlil edilməsi (DSCR, dövriyyə, debitor/kreditor borcları və s.);

·   Müştəri öhdəliklərinin yerinə yetirilməsinə nəzarət – gecikmələrin, restrukturizasiyaların və qeyri-standart hallarının təhlili;

·   Kredit şərtlərinin (kovenantların) yerinə yetirilməsi ilə bağlı nəzarət və hesabatlılıq;

·   Problemli kreditlər üzrə ilkin diaqnostika və risklərin eskalasiyası üçün tövsiyələrin hazırlanması;

·   Sahə monitorinqlərinin təşkili və müştərinin biznes fəaliyyətinin real vəziyyətinə dair yoxlamaların aparılması;

·   Kredit dosyelərinin və müştəri sənədlərinin təhlili, zəruri hallarda yenilənməsinə nəzarət;

·   Kredit portfeli üzrə statistik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

Tələblər

·  Maliyyə, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;

·  Kreditlərin monitorinqi və/və ya maliyyə təhlili sahəsində ən azı 2 il iş təcrübəsi;

·  Kredit portfeli üzrə risklərin idarə olunması və siqnal analizləri üzrə biliklər;

·  Bank sektoru və Mərkəzi Bankın normativ sənədləri üzrə baza biliklər;

·  Sahə yoxlamalarında iştirak və yerli bizneslərin fəaliyyət prinsipləri barədə məlumat üstünlükdür;

·  Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti.

Müraciət üçün daxil olun

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
banco.az

1Mənbələr