Bakı. Trend:
Livanda səfərdə olan BMT-nin baş katibi Antonio Quterreş“Hizbullah” və İsrail arasındakı müharibənin yaratdığı böhranfonunda Livanı dəstəkləmək məqsədilə 325 milyon dollar vəsaitintoplanması üçün humanitar kampaniyanın başladıldığını elanedib.
Trend xəbər verirki, bu barədə Antonio Quterreş BMT qurumlarının və donor ölkələrinnümayəndələrinin iştirak etdiyi konfransda çıxışı zamanı məlumatverib.
“Livan xalqını dəstəkləmək üçün 325 milyon dollarlıq təcilihumanitar yardım çağırışını işə salırıq. Bu çağırış növbəti üç ayərzində qida məhsulları, təmiz su, tibbi xidmət, təhsil, müdafiə vədigər zəruri xidmətlər daxil olmaqla həyati əhəmiyyətli yardımıngöstərilməsinə və genişləndirilməsinə imkan verəcək”, - deyə obildirib.