AZ

Zəfər Qurbanovun ADAU-su: 197 min manatlıq tender baş tutmadı

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) tərəfindən 2026-cı il üçün nəzərdə tutulan aviabiletlərin satınalınması üzrə keçirilən tender baş tutmayıb.

NOCOMMENT.az xəbər verir ki, ehtimal olunan qiyməti 197.857,50 AZN olan satınalma prosesi “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən ləğv edilib. Tenderdə iştirak etmək üçün tələb olunan sənədləri və təminatı təqdim edən təchizatçıların sayı 3-dən az olduğu üçün proses dayandırılıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) hazırkı rektoru Zəfər Qəzənfər oğlu Qurbanovdur. /32gun.az /

Seçilən
61
nocomment.az

1Mənbələr