AZ

AQEM Baş katibinin müavini Qadınlar Şurasının təsisinə görə Azərbaycana təşəkkür edib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibinin müavini Zhang Ling qurumun tərkibində Qadınlar Şurası yaradıldığı üçün Azərbaycana təşəkkür edib.

AQEM Baş katibinin müavini bu barədə BMT-nin Baş Qərargahında Qadınların Statusu üzrə Komissiyanın 70-ci sessiyası çərçivəsində "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) ölkələri üzrə qadınların gücləndirilməsi" mövzusunda keçirilən tədbirdə "Report"un ABŞ bürosuna açıqlamasında danışıb.

Z. Ling qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə belə bir platformanın yaradılması ölkənin uğurudur:

"Ötən ilin avqust ayında təşkilatın Azərbaycanın təşəbbüsü ilə Nazirlər Şurası bununla bağlı qərar qəbul edib və AQEM yanında Qadınlar Şurası təsis olunub. Biz Azərbaycan rəhbərliyinə Qadınlar Şurasının yaradılması təşəbbüsünə görə, həqiqətən, minnətdarıq. Bu, təşkilatımız üçün tarixi bir mərhələdir".

Seçilən
51
far.az

1Mənbələr