“Düşünürəm ki, futbolçular sona kimi mübarizə apardılar”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 24-cü turunda “Şamaxı”ya 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib:
Bu gün digər məğlub olduğumuz matçlara nisbətən daha yaxşı oynadıq. Doqquz oyundur nihə qələbə qazana bilmədiyimizi mən də bilmirəm. Avrokuboklar şansımız azaldığı üçün bundan sonrakı matçlarda akademiyamızın gənc futbolçularına da şans verəcəyik”.
“Müqaviləm var. Hazırda getmək haqqında düşünmürəm. İstəyirəm ki, bu mövsümü "Sumqayıt"ın layiq olduğu yerlərdə bitirək. Mövsümün sonunda bu barədə danışarıq”.