Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Allergiya və respirator virus infeksiyaları bir çox hallarda oxşar simptomlarla müşayiət olunduğu üçün insanlar bu iki vəziyyəti tez-tez qarışdırırlar. Lakin bəzi hallarda sadə qan analizi xəstəliklərin fərqini müəyyən etməyə kömək edir.Demokrat.az xəbər verir ki, bu barədə rusiyalı allergoloq-immunoloq Yekaterina Andreyeva danışıb. Onun sözlərinə görə allergiya ilə Kəskin respirator virus infeksiyasını ayırd etməyin ən etibarlı yollarından biri qanda eozinofillərin səviyyəsinə baxmaqdır.Həkim bildirib ki, müayinələr zamanı qanda, bəlğəmdə və ya burun sekresiyasında eozinofillərin artması müşahidə edilə bilər. Bu vəziyyət Eozinofiliya adlanır və qanda eozinofillərin normadan artıq olması ilə xarakterizə olunur. Normalda böyüklərdə eozinofillər ümumi leykositlərin təxminən 1–5 faizini təşkil edir. Bundan əlavə, qanda ümumi IgE və allergenlərə qarşı IgE səviyyəsinin yüksəlməsi də allergiyanın göstəricisi ola bilər.Andreyeva qeyd edib ki, bəzi hallarda analizsiz də bu iki vəziyyəti ayırd etmək mümkündür. Məsələn, virus infeksiyaları zamanı tez-tez qızdırma və boğaz ağrısı müşahidə olunur. Allergiya zamanı isə bu əlamətlər adətən olmur.Burun axıntısının rəngi də mühüm göstərici sayılır. Allergiya zamanı burun ifrazatı adətən şəffaf qalır. Virus infeksiyası zamanı isə burun axıntısının rəngi zamanla dəyişə bilər.Həkim əlavə edib ki, burun və ya gözlərdən yaşıl, sarı, qəhvəyi və ya qırmızı rəngli ifrazatın olması, həmçinin bədən hərarətinin yüksəlməsi və qaşınmayan səpkilərin yaranması daha çox başqa xəstəliyin əlaməti kimi qiymətləndirilir və bu halda allergiya ehtimalı azalır.İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.