AZ

Xruşşovun nəticəsi xarici agent elan olundu

Rusiya Ədliyyə Nazirliyi jurnalist Sergey Rezniki və keçmiş SSRİ rəhbəri Nikita Xruşşovun nəticəsi Nina Xruşşovanı xarici agentlər siyahısına əlavə edib.

Rusiya Ədliyyə Nazirliyinin veb saytında yer alan məlumata görə, N.L.Xruşşova Rusiya Federasiyasının dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların həyata keçirdiyi siyasət barədə yalan məlumatlar yayıb.

"O, Ukraynadakı xüsusi hərbi əməliyyata qarşı çıxıb. O, geniş ictimaiyyət üçün xarici agent hesabatlarının və materiallarının hazırlanmasında, xarici mənbə tərəfindən təqdim edilən informasiya platformasında respondent kimi iştirak edib" - məlumatda qeyd olunur.

Mətləb

Seçilən
112
sia.az

1Mənbələr