AZ

Əmircanlı ağsaqqal: Yaşlı adamın eşqi daha dərin olur VİDEO

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı paytaxtın Əmircan qəsəbəsinin sakini Yusif Rəfiyev olub.

O, gənclər arasındakı sevgi münasibətlərindən söz açıb.

Əmircanlı ağsaqqal: "Yaşlı adamın eşqi daha dərin olur" - VİDEO

"Cavanlar bir-birlərini şiddətlə sevib evlənirlər, bir müddət sonra isə aralarındakı məhəbbət azalır. Amma əsl sevgi istədiyin insan yanında olanda belə onun üçün darıxmaqdır. Yaşlı adamın eşqi daha dərin olur", - deyə Əmircan sakini bildirib.

Yusif Rəfiyev, həmçinin keçmişin dostluq münasibətlərindən də bəhs edib:

"O vaxtlar dostluqlar başqa cür idi. Biz səhər açılandan dostlarımızla birlikdə olardıq, günorta isə bir-birimizin evinə gedib yemək yeyərdik. Hər günümüz bir keçər, dənizə, futbol oynamağa gedərdik".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
88
oxu.az

1Mənbələr