AZ

Ruslar Dnepropetrovska dronlarla hücum etdi: ölü və yaralılar var

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Rus ordusu Dnepropetrovsk vilayətinin iki rayonuna hücum edib, nəticədə bir nəfər ölüb, altı nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksandr Qanja Teleqram səhifəsində məlumat verib.

O qeyd edib ki, Sinelniki rayonuna dron hücumu nəticəsində bir nəfər ölüb, 4 sakin isə yaralanıb.

Bundan əlavə, Nikopol rayonuna da dron hücumu nəticəsində iki nəfər yaralanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
106
axar.az

1Mənbələr