AZ

2026 Dünya Kubokunda futbol dəyişir – yeni qaydalar tətbiq olunacaq

2026-cı ildə keçiriləcək Dünya Futbol Kuboku turnirində oyunun dinamikasını artırmaq və vaxt itkisinin qarşısını almaq məqsədilə bir sıra yeni qaydaların tətbiqi planlaşdırılır.

Musavat.com xəbər verir ki, turnirdə oyun axınını sürətləndirməyə yönələn bir neçə mühüm dəyişiklik nəzərdə tutulur.

Dəyişikliklər bunlardır:

1 Oyunçu dəyişikliyi üçün vaxt məhdudiyyəti — Əvəzlənən futbolçu meydanı 10 saniyə ərzində tərk etməlidir. Əgər oyunçu qəsdən vaxt uzadarsa, onun yerinə oyuna daxil olacaq futbolçu 1 dəqiqə gözləməli olacaq.

2 Topun oyuna qaytarılması üçün 5 saniyə qaydası — Yan xəttdən topun oyuna daxil edilməsi və qapıdan oyunun başlanması zamanı komandaya yalnız 5 saniyə vaxt veriləcək. Müddət keçərsə, top avtomatik olaraq rəqib komandaya veriləcək.

3 Zədələnən oyunçular üçün yeni qayda — Meydanda tibbi yardım alan futbolçu dərhal oyuna qayıda bilməyəcək. Belə oyunçular meydanı tərk etməli və oyun yenidən başladıqdan 1 dəqiqə sonra geri qayıda biləcəklər.

4 VAR-ın səlahiyyətlərinin genişləndirilməsi — Video köməkçi hakim sistemi artıq daha geniş epizodları araşdıra biləcək. Yeni qaydalara görə VAR ikinci sarı kart epizodları və künc zərbələri zamanı hakimlərin aşkar səhvlərinə də müdaxilə edə biləcək.

Qeyd olunur ki, bu dəyişikliklərin əsas məqsədi oyunun tempini artırmaq və mübahisəli qərarların sayını azaltmaqdır.

 

Musavat.com

Seçilən
12
12
musavat.com

10Mənbələr