AZ

Biləsuvar şəhərinin bir hissəsində üç saat işıq olmayacaq

Bu gün Biləsuvar şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, fasilə ağacların budanması ilə əlaqədar olaraq yaranacaq.

Belə ki, Biləsuvar şəhərinin bir hissəsini elektrik enerjisi ilə təmin edən 10 kV-luq Biləsuvar yarımstansiyasından qidalanan 11 saylı hava xətti üzərində olan abonentlərin elektrik enerjisi ilə təchizatında 14 mart saat 10.00-13.00-a kimi fasilə yaranacaq.

Seçilən
57
12
far.az

10Mənbələr