Azərbaycan millisinin üzvü Renat Dadaşov Polşa çempionatına növbəti matçına çıxıb.
QOL.az xəbər verir ki, onun çıxış etdiyi "Motor" 25-ci turda "Termalika"nın qonağı olub və qələbə qazanıb.
"Termalika" - "Motor" - 1:2
Qollar: Kristof Kubica, 17 (1:0), Karol Czubak, 30-pen. (1:1), Bartosz Volski, 36 (1:2)
Dadaşov görüşün 75-ci dəqiqəsində - komandası hesabda 2:1 öndə olarkən Karol Czubakın əvəzinə meydana çıxıb.
Qeyd edək ki, son 4 turda üçüncü qələbəsini qazanan "Motor" turnir cədvəlində altıncı pilləyə yüksəlib. Renatın komandası lider “Zaqlebie”dən cəmi 7 xal geri qalır.