Fransa Liqa 1 mövsümünün 26-cı turunun “Marsel” və “Oser” komandaları arasında oyunu başa çatıb.
İdman.Biz bildirir ki, oyun Marseldəki “Oranj Velodrom” stadionunda baş tutub. Ev sahibi komanda 1:0 hesablı qələbəni qeyd edib.
Matçın yeganə qolunu Amin Quiri vurub. “Marsel”in hücumçusu ikinci hissənin 62-ci dəqiqəsində meydana daxil olub və 17 dəqiqə sonra komandasına üstünlük qazandırıb.
Fransa liqasında 26 oyundan sonra “Marsel”in 49 xalı var və turnir cədvəlində üçüncü yerdədir. “Oser” 19 xalla 16-cı yerdədir.