AZ

Xəzər dənizi sahilində quşların kütləvi ölümü: Yeni epidemiya, yoxsa qida çatışmazlığı? - VİDEO

Xəzər dənizinin Şüvəlan sahili boyunca kütləvi quş ölümü qeydə alınıb. Sakinlərin verdiyi məlumata görə, sahilə səpələnmiş çox sayda ölü quş cəsədi ətrafdakılarda ciddi narahatlıq və maraq doğurub.

 

Pravda.az Xəzər TV-yə istinadən xəbər verir ki, çəkiliş qrupu ərazidə olarkən hər addımbaşı batağan quşlarının cəsədlərinə rast gəlib.

 

Qeyd edək ki, batağanlar Antarktidadan başqa dünyanın bütün bölgələrində yaşayan quş növüdür. Onların 22 növündən üçünün nəsli kəsilmiş hesab olunur. Ölkəmizə əsasən qışlamaq üçün miqrasiya edən bu quşların cəsədlərinə son günlər paytaxtın digər sahil ərazilərində də rast gəlinib.

 

Ekoloqlar bildirirlər ki, kütləvi ölümün səbəbi təbii amillər, yoluxucu xəstəliklər və ya qida çatışmazlığı ilə bağlı ola bilər. Lakin dəqiq səbəb yalnız mütəxəssis rəyindən sonra bəlli olacaq.

 

Tarix: 14 Mart 2026, 02:28   
Seçilən
67
2
pravda.az

3Mənbələr