AZ

İsrail ordusu İrandan yeni raket buraxılışını qeydə alıb

BAKI, 14 mart. TELEQRAF

İsrail ordusu İrandan ölkə ərazisinə doğru növbəti raket buraxılışını qeydə aldığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, raketlər İsrail istiqamətində buraxılıb və hazırda hava hücumundan müdafiə sistemləri onları zərərsizləşdirmək üçün işləyir.

“İsrail Müdafiə Ordusu İran ərazisindən İsrail istiqamətində raket buraxılışını qeydə alıb. Müdafiə sistemləri onların qarşısını almaq üçün fəaliyyət göstərir”, - deyə açıqlamada bildirilir.

Seçilən
95
teleqraf.com

1Mənbələr