AZ

Gözlərdə bulanıqlaşma hansı xəstəliklərdən xəbər verir?

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Görmənin bulanıqlaşması arterial hipertoniyanın və şəkərli diabetin olmasından xəbər verir".

Oxu.Az xəbər verir ki, bunu rusiyalı oftalmoloq İvan Zarubin "Podmoskovye seqodnya" internet nəşrinə deyib.

"Başgicəllənmə, görmə aydınlığının dəyişməsi, təsvirin bulanıq olması hissi və ya hərfləri tanımaqda çətinliklər beyinin görmə məlumatlarının emalına cavabdeh strukturlarının zədələnməsi zamanı baş verir. Görmənin bulanıqlığı həmçinin, arterial hipertoniyanı, şəkərli diabeti və torlu qişanın qan təchizatının pozulmalarını müşayiət edə bilər", - deyə mütəxəssis bildirib.

O əlavə edib ki, bəzi insanlar miqren tutmaları zamanı görmənin müvəqqəti pisləşməsindən əziyyət çəkə bilərlər. Həkimin sözlərinə görə, baş ağrısından əvvəl onlarda görmə aurası adlanan hal - parıltılar, titrəmə və ya təsvirin bir hissəsinin itməsi yaranır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
oxu.az

1Mənbələr