"Pink Floyd" qrupunun solisti Devid Qilmurun gitarası hərracda 14,55 milyon dollara satılıb.
Publika.az xəbər verir ki, bu, indiyə qədər hərraca çıxarılan ən bahalı gitaradır.
Devid gitaranı 1970-ci ildə Nyu-York şəhərindəki "Manny's Music"dən alıb. "Fender Stratocaster" gitarası altı "Pink Floyd" albomunda, eləcə də qrupun 1972-1983-cü illər arasında bir çox çıxışlarında istifadə olunub.
Bu gitara əvvəllər iş adamı Cim İrseyin kolleksiyasının bir hissəsi olub. O, aləti 2019-cu ildə, gitaranın qiyməti 5 milyon dollardan bir qədər çox olanda əldə edib.
Qeyd edək ki, bundan əvvəlki ən bahalı gitara "Nirvana" qrupunun solisti Kurt Koeynin "Martin D-18E" gitarası idi. Həmin musiqi aləti 6,01 milyon dollara satılmışdı.