AZ

Evdə “daş kimi” qatıq hazırlamağın sirləri açıqlandı

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Evdə hazırlanan qatığın həm dadlı, həm də bərk alınması üçün bir neçə vacib məqama diqqət yetirmək lazımdır. Əsas amillər isə temperatur və gözləmə müddətidir.Demokrat.az xəbər verir ki, ideal qatığın alınması üçün mayalanma prosesi orta hesabla 4–6 saat davam etməlidir. İlin fəslindən asılı olaraq bu müddət dəyişə bilər. Yaz və yay aylarında hava isti olduğu üçün qatıq adətən 4–5 saata hazır olur. Qış aylarında isə temperatur aşağı olduğundan 6 saata qədər gözlətmək lazım gəlir.Bldirilir ki, qatıq mayalandıqdan dərhal sonra istehlak edilməməlidir. Daha yaxşı nəticə üçün qabı bükülü vəziyyətdə və ya sobada saxladıqdan sonra ən azı 24 saat soyuducuda gözlətmək tövsiyə olunur. Bu, qatığın daha bərk olmasına kömək edir.Mayalanma prosesində südün temperaturu da mühüm rol oynayır. Süd nə çox isti, nə də çox soyuq olmalıdır. Ən uyğun temperatur təxminən 42–45 dərəcə hesab olunur. Südü ocaqdan götürdükdən sonra bir qədər soyumasını gözləmək lazımdır. Barmağınızı südə saldıqda 6–7 saniyə dözə bilirsinizsə, deməli temperatur mayalanma üçün uyğundur.Daha yaxşı nəticə əldə etmək üçün mümkün olduqda təbii kənd südündən istifadə etmək məsləhət görülür. Süd bişirilərkən onu çömçə ilə qaldırıb tökmək, yəni sovurmaq faydalıdır. Bu üsul südün içindəki suyun bir hissəsinin buxarlanmasına səbəb olur və nəticədə qatıq daha bərk alınır.Mayanın otaq temperaturunda olması da vacib şərtlərdən biridir. Mayanı əvvəlcə az miqdarda südlə qarışdırıb durulaşdırmaq, sonra əsas qazana əlavə etmək tövsiyə olunur. Qazanın qapağını bağlamazdan əvvəl üzərinə kağız dəsmal qoymaq isə buxarın yenidən qatığın içinə düşməsinin qarşısını alır və qatığın sulanmasına imkan vermir.Son vaxtlar geniş yayılan üsullardan biri də sobada mayalama metodudur. Qatıq qablara töküldükdən sonra ağzı bağlanmadan 40–50 dərəcəyə qədər qızdırılıb söndürülmüş sobada 4–5 saat saxlanılır. Bu üsul temperaturun bərabər qalmasına kömək edir və qatığın daha bərk alınmasını təmin edir.(milli.az)Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
demokrat.az

1Mənbələr