Bakı, 14 mart, AZƏRTAC
Amerika Birləşmiş Ştatları yaxın vaxtlarda Hörmüz boğazında neft tankerlərinin təhlükəsizliyini təmin etmək məqsədilə eskort xidməti göstərməyə başlaya bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Floridaya uçmazdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.
Dövlət başçısı məsələ ilə bağlı verilən suala cavab olaraq deyib: “Bu, tezliklə baş verəcək”.