AZ

WSJ: ABŞ-nin İrana qarşı əməliyyatı zamanı 13 hərbçi ölüb

BAKI, 14 mart. TELEQRAF

ABŞ-nin İrana qarşı başladığı hərbi əməliyyatın əvvəlindən bəri Yaxın Şərqdə azı 13 amerikalı hərbçi həlak olub, 200 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, itkilər ABŞ-nin İrana qarşı həyata keçirdiyi “Epic Rage" adlı hərbi əməliyyat zamanı qeydə alınıb.

Qəzetin yazdığına görə, yaralanan 200 hərbçidən 170-i artıq müalicədən sonra yenidən xidmətə qayıdıb.

Seçilən
62
1
teleqraf.com

10Mənbələr