AZ

ABŞ İranda əməliyyat başlayandan bəri 13 hərbçisini itirib

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 14 mart, AZƏRTAC

ABŞ-nin İrana qarşı hərbi əməliyyatının başlanmasından bəri 13 amerikalı hərbçi həlak olub, təxminən 200 nəfər isə yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ rəsmisinə istinadla məlumat yayıb.

Məlumata görə, yaralanan hərbçilərdən 10-nun vəziyyəti ağırdır, 170 nəfər isə artıq xidmətə qayıdıb.

Nəşr qeyd edir ki, təkcə cümə axşamı günü “KC-135 Stratotanker” tipli Amerika tanker təyyarəsinin qəzaya uğraması nəticəsində altı hərbçi həlak olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
5
azertag.az

10Mənbələr