AZ

İmişli lideri qonaq edir

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Misli Premyer Liqasında 24-cü turun oyunları davam edir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşması Qubada keçiriləcək. "İmişli" "Sabah"ı qonaq edir. Nominal meydan sahiblərinin üzərində heç bir təzyiq yoxdur. "Pələnglər" nə avrokuboklara vəsiqə uğrunda mübarizə aparır, nə də elitadan düşmə təhlükəsi var. Bu üzdən komanda futboldan ləzzət almaq və azarkeşlərini sevindirmək üçün meydana çıxır. Qonaqlar üçün isə hər xal qızıldan qiymətlidir. "Bayquşlar" çempionluq uğrunda "Qarabağ"la ciddi rəqabət aparır və xal itgisinə yol verməyi düşünmür.

Qeyd edək oyunun start fiti saat 15:00-da səslənəcək.

Misli Premyer Liqası

III dövrə, XXIV tur

15:00. "İmişli" - "Sabah"

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik YunusovVAR: Əliyar AğayevAVAR: Zöhrab AbbasovHakim-inspektor: Ramil DiniyevAFFA nümayəndəsi: Kifayət MustafayevaQuba. OİK stadionu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
sport24.az

1Mənbələr